Millimiz Qazaxıstana uduzub
Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi ilk yoxlama oyununu keçirib.
Ajans.az xəbər verir ki, yığma Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan komandasında qolları Daniil Rəcəbov (19) və Əhəd Hacızadə (25) vurublar.
Mövzular: