Reklam resmi
Reklam resmi

Yollarda xətlənmə ilə bağlı CİDDİ NÖQSANLAR VAR- GÖRÜLMƏLİ TƏDBİRLƏR

Yollarda xətlənmə ilə bağlı CİDDİ NÖQSANLAR VAR- GÖRÜLMƏLİ TƏDBİRLƏR
Milli məclis

Yol hərəkəti qaydaları ancaq açıq, görünən, standartlaşdırılmış nişanlama sistemi mövcud olduğu halda ədalətli şəkildə tətbiq edilə bilər. Bu çərçivədə aşağıdakı tədbirlərin görülməsini xahiş edirəm.

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev parlamentin bugünkü iclasında deyib.

•        Gəncə şəhərinin və digər paytaxtdan kənarda olan şəhər və rayonlarda yolların xətləmə işlərinin daha kefiyytli aparılması vacibdir. Bu sahədə cox ciddi nöqsanlar var.

•        Hasarlanan, silinən, görünməz hala gələn nişanların inventarizasiyası aparılmalı və vaxtında yenilənmələr edilməsinə nəzarət artırılmalıdır.

•        İnfrastrukturu tamamlanmamış yollarda kamera vasitəsilə cərimə tətbiqi müvəqqəti dayandırılmalıdır.

•        Sürücülər nişanlama çatışmazlığını bildirə bilsin deyə asan əlçatan şikayət mexanizmi yaradılmalıdır.

author picture
Murad Əliyev
Mövzular:
yol hərəkəti qanun xətləmələr

Digər Xəbərlər