Reklam resmi
Reklam resmi

Suriyadakı terrorçular ABŞ-lə koordinasiyadadır - Suriya XİN

Suriyadakı terrorçular ABŞ-lə koordinasiyadadır - Suriya XİN
Siyasət

Noyabrın 27-də Suriyanın şimalında fəallaşan terrorçu qruplaşmalar ABŞ-lə koordinasiyalı şəkildə hərəkət edir.

Ajans.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi deyib.

"Həmin boz ləkələr Suriya ərazisində ondan əvvəl də ABŞ-nin səhvləri və bəzi rayonların işğalı ucbatından mövcud olub. Həmin (terrorçu) qruplar sübut edir ki, terrorçularla ABŞ arasında koordinasiya var”, - deyə Baqai mətbuat konfransında bildirib.

İran XİN qeyd edib ki, Suriyadakı bu hadisələrdən əsas faydalanan İsraildir.

"Atəşkəsdən dərhal sonra terrorçuların Livanda aktivliyinin sadəcə bir təsadüf olduğunu söyləmək olar. Amma bu terror qruplaşmalarının tarixinə nəzər salsanız, bunun sadəcə bir təsadüf olmadığını başa düşəcəksiniz", - Bəqai əlavə edib.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ Suriya İran İsrail İran XİN İsmayıl Bəqai

Digər Xəbərlər