Azərbaycanlı bloqerlər QƏZAYA DÜŞDÜ
Azərbaycanlı bloqerlər Vahid Həsənov və Həsti Həsənova Tailandda avtoqəzaya düşüblər.
Ajans.az xəbər verir ki, bu barədə bloqer H.Həsənova sosial şəbəkə hesabında paylaşım edib.
"Bir anda hər şey necə alt üst ola bilər, bir daha öyrəndik bunu. Əslində bu gün Bakıda olmalı idik. Adadakı son günümüzdə mopedlə qəza etdik. Həyatımda heç belə qorxmamışdım…
Yolda gedirdik və bir anda gözüm qaraldı, oyandım ki moped aşıb, mən bir tərəfdə, Vahid bir tərəfdə qan içində uzanmışıq, hamı ətrafımıza yığılıb, biri su verir, biri əşyalarımı toplamağa kömək edir. Vahid özünü itirmişdi, gözləri bağlı halda, hərəkət edə bilmirdi. Həmin an ürəyim dayanacaq kimi hiss etdim. Ambulans gəldi, Vahidi təcili əməliyyata apardılar, mənim bədənimin qanını təmizləyib sakitləşdirməyə çalışırdılar. Elə bir şoka girmişdim ki, ayaqlarımı hiss edə bilmirdim, ayağa qalxa bilmirdim, əllərim qıc olmuşdu. Vahidin isə 9 qabırğasında, körpücük sümüyündə sınıq və çiyində çat var. Çox çətin hərəkət edir, ayağa qalxmaq, yemək yeməyi belə çox çətindir. Nə edə bilərik. Belə şeylər də olur. Heç vaxt paylaşmamışam, amma hər kəs elə bilir biz ən mükəmməl həyatı yaşayırıq, sadəcə bölüşməyi sevmirəm. Allah qoruyub bizi həqiqətən, əsas odur bu dünyada yaşayırıq hələ" - bloqer bildirib.
View this post on Instagram