Reklam resmi
Reklam resmi

Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İdman

Minifutbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında yarımfinal matçına çıxıb.

Ajans.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Serbiya ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə bitib.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan millimiz adını finala yazdırıb.

Komandamız final görüşündə Ukrayna millisi ilə qarşılaşacaq. Görüş 4 iyunda baş tutacaq.

Mövzular:
Minifutbol Azərbaycan millisi Avropa çempionatı yarımfinal

Digər Xəbərlər