Oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblar
Paytaxtın Yasamal rayonunda velosiped oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıblar.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Mövzular: