Bakıda bir nəfəri oteldə döyüb, QULDURLUQ ETDİLƏR
Bakıda oteldə quldurluq olub.
Ajans.az xəbər verir ki, lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində yerləşən otellərin birində baş verib.
Naməlum şəxs zərərçəkənə fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə törətməkdə şübhəli bilinən Ə.Mürsəlov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Mövzular: