Tatarıstanla iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub
Azərbaycan və Tatarıstan arasında Birgə Sənaye Parkı layihəsinin reallaşdırılması, enerji sahəsində qarşılıqlı fəaliyyətin təşviqi müzakirə olunub.
Ajans.az xəbər verir ki, bu, İqtisadiyyat naziri Mikayıl Cabbarovun "Bakı Enerji Həftəsi" çərçivəsində Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşü zamanı baş tutub.
Görüşdə Azərbaycan-Tatarıstan iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi, habelə iki tərəf arasında işgüzar dairələrin tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi xüsusi olaraq qeyd edilib.
Bundan başqa, Birgə Sənaye Parkı layihəsinin reallaşdırılması, enerji sahəsində qarşılıqlı fəaliyyətin təşviqi, eləcə də Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Mövzular: