Tunis Azərbaycandan neft alışını artırıb
Yanvar-aprel aylarında Azərbaycan Tunisə 94,5 milyon dollar dəyərində 183,700 ton xam neft və bitumlu neft məhsulları ixrac edib.
Ajans.az xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu 57,1 milyon dollar və ya 2,5 dəfə, həcm isə 119,500 tondan çox və ya 2,9 dəfə artıb.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycan Tunisə 37,4 milyon dollar dəyərində 64,200 ton xam neft və neft məhsulları ixrac edib.
Mövzular: