İran ABŞ ilə bağlı əsas prioritetini açıqladı
İran hazırda əsas diqqətini ABŞ ilə hərbi əməliyyatların dayandırılmasına yönəldib.
Ajans.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
O qeyd edib ki, hazırkı mərhələdə rəsmi Tehran nüvə məsələləri ilə bağlı detalları müzakirə etmir.
“Bu mərhələdə diqqətimiz müharibənin dayandırılmasına yönəlib və nüvə sahəsi ilə bağlı məsələlərin təfərrüatlarını müzakirə etmirik”, – deyə o vurğulayıb.
Mövzular: