Reklam resmi
Reklam resmi

Qobustanda silahlı şəxs həbs edilib

Qobustanda silahlı şəxs həbs edilib
Kriminal

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Ajans.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb.

Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Mövzular:
silah narkotik saxlanılan

Digər Xəbərlər