Reklam resmi
Reklam resmi

İsmayıllıda DƏHŞƏT- avtomobil çaya AŞDI

İsmayıllıda DƏHŞƏT- avtomobil çaya AŞDI
Hadisə

İsmayıllıda avtomobil çaya aşıb, 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Ajans.az xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

1980-ci il təvəllüdlü Cümşüd Hüseynova məxsus “Niva” markalı avtomobildə sürücü və sərnişinlər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində avtomobildə köməksiz vəziyyətdə qalan 4 nəfər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xilas edilib.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
İsmayıllı avtomobil çay

Digər Xəbərlər