Reklam resmi
Reklam resmi

Kiriakos Mitsotakis Prezident İlham Əliyevi təbrik edib

Kiriakos Mitsotakis Prezident İlham Əliyevi təbrik edib
Gündəm

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Ajans.az məktubda yazılanları təqdim edir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Yunanıstan Azərbaycanla qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa əsaslanan güclü və dinamik tərəfdaşlığı yüksək qiymətləndirir. Enerji sahəsinin ikitərəfli münasibətlərimizin təməl daşı olmasına baxmayaraq, əməkdaşlığımızın davamlı şəkildə ümumi maraq doğuran yeni istiqamətlərdə genişlənməsini görməkdən məmnunam.

Biz beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş prinsipləri, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörməti rəhbər tutaraq əlaqələrimizi daha da dərinləşdirməyə sadiqik. Azərbaycan xalqına davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mövzular:
Azərbaycan Respublikası İlham Əliyev Yunanıstan Respublikası Kiriakos Mitsotakis məktub

Digər Xəbərlər