Santyaqo Ximenes antirekorda imza atdı
"Milan"ın hücumçusu Santyaqo Ximenes İtaliya A Seriyası tarixində start heyətində 10 və ya daha çox oyuna çıxaraq mövsümü qol vurmadan başa vuran ilk futbolçu olub.
Ajans.az xəbər verir ki, bu antirekord "Milan"ın A Seriyasının 38-ci - son turunda öz meydanında "Kalyari"yə 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra qeydə alınıb.
Cari mövsümdə Santyaqo Ximenes İtaliya çempionatında 16 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalsa da, qol vura bilməyib.
Mövzular: