Reklam resmi
Reklam resmi

Vüqar Bağırov sükan arxasında ÖLDÜ

Vüqar Bağırov sükan arxasında ÖLDÜ
Hadisə
348

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Molla Pənah Vaqif və Mirzə Məhəmməd Axund küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Lənkəran şəhər sakini Vüqar Bağırov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı obyektə çırpılıb.

Sürücü hadisə yerində ölüb. İlkin məlumata görə, Vüqar Bağırov sükan arxasında ürəktutmadan həyatını itirib və bundan sonra avtomobil obyektə çırpılıb.

Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır. (APA)

Mövzular:
lənkəran qəza sürücü ölüm

Digər Xəbərlər