Reklam resmi
Reklam resmi

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu qəzada HƏYATINI İTİRDİ

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu qəzada HƏYATINI İTİRDİ
Hadisə
386

Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu avtomobil qəzası nəticəsində ölüb.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı. 

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.”, - məlumatda deyilir.

Mövzular:
İran diplomat ölüm

Digər Xəbərlər