Reklam resmi
Reklam resmi

Quyuya düşən şəxs belə xilas edildi - VİDEO

Quyuya düşən şəxs belə xilas edildi - VİDEO
Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonu, Çobanabadlı kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Rauf Ələddin oğlu Fərmanlı 20 metrə yaxın dərinliyi olan quyuya düşüb, xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
quyu xilasetmə FHN

Digər Xəbərlər