Reklam resmi
Reklam resmi

"Qəbələ"nin pley-offdakı rəqibi müəyyənləşib

\"Qəbələ\"nin pley-offdakı rəqibi müəyyənləşib
İdman

Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib.

Ajans.az xəbər verir ki, I Liqanın sonuncu - XXVII turunda "Səbail"i məğlub edən "Mingəçevir" "Qəbələ"yə rəqib olub.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydanında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Mingəçevir" turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb.

Mövzular:
Azərbaycan Premyer Liqası rəqib Qəbələ

Digər Xəbərlər