Reklam resmi
Reklam resmi

Oleksiy Kuleba: Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var

Oleksiy Kuleba: Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var
Xarici siyasət

Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var. Burada olmaq və hökumətlərlə müzakirələr aparmaq bizim üçün simvolikdir.

Ajans.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Ukrayna üçün tarixi gündür. Ölkəmiz ilk dəfə Ümumdünya Şəhərsalma Forumunda milli pavilyonla təmsil olunur”, - deyə Baş nazirin müavini vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan İrpendə bəzi obyektlərin bərpasına dəstək göstərir. O, bu dəstəyə görə təşəkkürünü bildirib.

Mövzular:
Ümumdünya Şəhərsalma Forumu WUF13 tədbir Oleksiy Kuleba

Digər Xəbərlər