Reklam resmi
Reklam resmi

Masazırda liftdə yanğın olub

Masazırda liftdə yanğın olub
Gündəm
1334

Hadisə Yeni Bakı yaşayış kompleksində baş verib.

Ajans.az-ın əldə etdiyi məlumata görə, yaşayış kompleksinin binalarından birində liftdə yanğın başlayıb.

Sakinlər yanğını yanğın söndürmə balonu ilə söndürməyə çalışsalar da müvəffəq ola bilməyiblər. 

 Bundan sonra Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng vurublar.

Tez bir zamanda əraziyə polis və FHN əməkdaşları cəlb olunub.  Şahidlərin sözlərinə görə,hadisə zamanı liftdə heç kim olmayıb və yanğın böyümədən söndürülüb.

author picture
Ajansaz Muxbiri
Mövzular:
hadisə

Digər Xəbərlər