Federiko Valverde insidentdən sonra YADDAŞINI İTİRDİ
Madridin “Real” klubunun yarımmüdafiəçisi və kapitanı Federiko Valverde komanda yoldaşı Orelyen Çuameni ilə yaşadığı insidentdən sonra yaddaşını itirib.
Ajans.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
Bildirilir ki, hadisə klubun soyunub-geyinmə otağında baş verib. Məlumata görə, Çuameninin zərbəsindən sonra müvazinətini itirən Valverde yıxılaraq başını masaya vurub. Təcili xəstəxanaya çatdırılan futbolçunun yaddaşını tam itirmədiyi, lakin bəzi məqamları xatırlamadığı bildirilir. Oyunçu dərhal kompüter tomoqrafiyasından keçirilib.
Klub rəsmiləri komanda daxilində artan gərginliyi dayandırmaq üçün radikal addımlar atmağa hazırlaşır.
Mövzular: