"Vilyareal"dan gözlənilməz qərar
İspaniyanın "Vilyareal" klubu cari mövsümün sonunda baş məşqçi Marselino Toralın komandanı tərk edəcəyini rəsmən açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə klub "X" sosial şəbəkəsindəki hesabında yaydığı bəyanatda bildirib.
"Bu klub və onun azarkeşləri üçün etdiyin hər şeyə görə sənə ürəkdən böyük təşəkkür edirik, Marselino. Gələcək idman layihələrində sənə ən yaxşılarını arzulayırıq", - deyə bəyanatda qeyd olunub.
Mövzular: