Reklam resmi
Reklam resmi

Azərbaycanda kanaldan qadın MEYİTİ TAPILDI

Azərbaycanda kanaldan qadın MEYİTİ TAPILDI
Hadisə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda meyit aşkarlanması ilə bağlı məlumat daxil olub.

Bu barədə  Ajans.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan meyit (qadın cinsli) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mövzular:
FHN Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Kanal Meyit

Digər Xəbərlər