Reklam resmi
Reklam resmi

Tovuzda FACİƏ: qadın məzarlıqda ÖLDÜ

Tovuzda FACİƏ: qadın məzarlıqda ÖLDÜ
Hadisə
382

Tovuz rayonunda qəbiristanlıq ərazisində qadın meyiti aşkarlanıb.

Ajans.az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd qəbiristanlığında Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü N. Qasımovanın meyiti tapılıb.

Məlumata görə, qadın həyat yoldaşının ildönümü münasibətilə məzarını ziyarət etməyə gəlib. Bu zaman onun halı qəfil pisləşib və hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

Həkimlərin müayinəsi zamanı qadının həyatını itirdiyi müəyyən edilib. İlkin ehtimala görə, o, ürək tutmasından vəfat edib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır./unikal

Mövzular:
Tovuz məzər

Digər Xəbərlər