Reklam resmi
Reklam resmi

Yevlaxda ağır QƏZA: Avtobusda olan sərnişinlər... - YARALI VAR

Yevlaxda ağır QƏZA: Avtobusda olan sərnişinlər... - YARALI VAR
Hadisə

Bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. 

Bu barədə Ajans.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mövzular:
Bakı-Qazax-Gürcüstan DYP qəza

Digər Xəbərlər