Bakıda DƏLƏDUZLUQ- bir zənglə BƏLAYA DÜŞDÜ
Bir telefon zəngi paytaxt sakininə xeyli maddi ziyan vurub.
Ajans.az xəbər verir ki, zərərçəkmiş Habil İsmayılovun kartından bir dəfə pul çəkilib, sonra isə adına 2 dəfə kredit rəsmiləşdirilib.
Özlərini bank əməkdaşları kimi təqdim edən naməlum şəxslər Habil İsmayılovun kart məlumatlarını aldadaraq əldə ediblər.
Zərərçəkən qeyd edir ki, kartını blokdan çıxarmaq üçün deyilənlərə əməl edib. Lakin bir neçə saat sonra kartından pulun çıxarıldığını görüb. Məsələ ilə bağlı araşdırma aparılır.
Ətraflı şərhdə:
Mövzular: