Qeyri-həyat sığortası ödənişləri artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 190,285 milyon manat sığorta haqqı toplanılıb.
Ajans.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon manat və ya 3,3% azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 11,6 milyon manat və yaxud 21,2% artaraq 66,092 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-mart aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı müştərilərə geri ödənilib.
Mövzular: