Yeniyetməni cərəyanı vurub öldürdü
Goranboyda bədbəxt hadisə nəticəsində yeniyetmə həyatını itirib.
Ajans.az xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində yerləşən dəmir yolu stansiyasında qeydə alınıb.
Şəhər sakini, 2014-cü il təvəllüdlü S. Ramazanov dayanmış yük qatarının üzərində olarkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.(lent.az)