Reklam resmi
Reklam resmi

Polad Həşimov küçəsində sakinlər iki həftədir istiliksiz qalıb

Polad Həşimov küçəsində sakinlər iki həftədir istiliksiz qalıb
Gündəm

Paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsindəki iki binanın sakinləri istiliksiz qalıb.

Ajans.az Xezerxeber.az-a istinadən xəbər verir ki, istilik verilməsi prosesi noyabrın 15-də başlasa da bu binalara istilik hələ də verilməyib. Sakinlər iddia edirlər ki, problemin qaynağı ərazidəki parkla əlaqəlidir.

Məsələ ilə bağlı Azəristilik Təchizat ASC-dən  "Xəzər Xəbər"ə bildirildi ki, ərazidə qəza baş verib və ən qısa müddət ərzində məsələ öz həllini tapacaq.

Sakinlər ümid edir ki, işlər  qısa vaxt ərzində yekunlaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Mövzular:
istilik

Digər Xəbərlər