Reklam resmi
Reklam resmi

Salyanda 62 yaşlı balıqçını cərəyan VURDU

Salyanda 62 yaşlı balıqçını cərəyan VURDU
Hadisə

Salyan rayonunda balıq tutan şəxsi elektrik cərəyanı vurub.

Ajans.az xəbər verir ki, hadisə aprelin 24-ü saat 15 radələrində rayonun Yenikənd kəndi ərazisində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Fuad Nəhmədov balıq tutmaq üçün çayın kənarına gələrək qarmağı suya atmaq istəyib. Bu zaman qarmaq yaxınlıqdan keçən elektrik xəttinə ilişib. Nəticədə F.Nəhmədovu cərəyan vurub.

O, dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Salyan rayonu hadisə

Digər Xəbərlər