Reklam resmi
Reklam resmi

Azərbaycanda AĞIR qəza: ÖLƏN VAR- FOTO

Azərbaycanda AĞIR qəza: ÖLƏN VAR- FOTO
Hadisə

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə rayonun Qayğı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, əslən Laçın rayonundan olan Bakir Quliyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən Yevlax rayon sakini Azər Bədəlovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində B.Quliyev hadisə yerində ölüb, sərnişinləri - 2014-cü il təvəllüdlü R.Həsənov, 1980-ci il təvəllüdlü Habil Həsənov, onun övladları - 2008-ci il təvəllüdlü Polad Həsənov və 2013-cü il təvəllüdlü M.Həsənov müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./oxu.az

author picture
Leyla Bayandurlu
Mövzular:
Ağcabədi rayonu qəza

Digər Xəbərlər