Reklam resmi
Reklam resmi

Rəsmi Bakıdan İrəvana SƏRT REAKSİYA

Rəsmi Bakıdan İrəvana SƏRT  REAKSİYA
Siyasət
400

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.

XİN-dən Ajans.az-a  verilən məlumata görə, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.

"Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.

Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.

Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq", - XİN-in məlumatında deyilir.

Mövzular:
Azərbaycan XİN Reaksiya

Digər Xəbərlər