Cinayət törədən 87 nəfər SAXLANILDI
Aprelin 23-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bununla bağlı Ajans.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 119 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.
Mövzular: