Reklam resmi
Reklam resmi

Bakıda polisə balta ilə MÜQAVİMƏT GÖSTƏRİLDİ- GÖRÜNTÜLƏR

Bakıda polisə balta ilə MÜQAVİMƏT GÖSTƏRİLDİ- GÖRÜNTÜLƏR
Kriminal

Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.

Məsələ ilə bağlı Ajans.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən bildirilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq edilməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istintaqa təhvil verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Zərif Sofiyeva
Mövzular:
Polis müqavimət balta

Digər Xəbərlər