Reklam resmi
Reklam resmi

Cəlilabadda maşın dirəyə çırpıldı, xəsarət alanlar var

Cəlilabadda maşın dirəyə çırpıldı, xəsarət alanlar var
Gündəm

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ajans.az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "VAZ 2107" markalı minik avtomobili dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər - rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Cəlilabad

Digər Xəbərlər