Reklam resmi
Reklam resmi

DİN və DSX birgə əməliyyat keçirdi- SAXLANILAN VAR

DİN və DSX birgə əməliyyat keçirdi- SAXLANILAN VAR
Kriminal

Polis və sərhədçilərin birgə əməliyyatı zamanı 28 kq narkotik vasitə aşkarlanıb.

Ajans.az xəbər verir ki,bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Polis və sərhədçilər tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə birgə əməliyyat keçirilib. Tədbir zamanı oğurluq və xuliqanlıq cinayətlərinə görə əvvəllər məhkum olunan Eldar Cəfərli saxlanılıb. Ondan 28 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxsin ölkəyə qaçaq yollarla narkotik vasitələr gətirən əsas şəxslərdən biri olduğu müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mövzular:
DİN DSX saxlanılan

Digər Xəbərlər