Azərbaycanda mənzillər BAHALAŞIB
Bu ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb.
Ajans.az xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə qiymətlər ilkin mənzil bazarında (yeni tikililər) 13,1%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,1% artıb.
Ötən ilin IV rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 2,2% yüksəlib. Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymətlərdə 1,8%, təkrar mənzil bazarı üzrə isə 2,2% artım qeydə alınıb.
Mövzular: