Reklam resmi
Reklam resmi

Avtomobil ağaca ÇIRPILDI: Xəsarət alanlar var

Avtomobil ağaca ÇIRPILDI: Xəsarət alanlar var
Hadisə

Quba rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ajans.az xəbər verir ki, hadisə Quba-Dəlləkli kəndi yolunda baş verib.

Belə ki, "Chevrolet" markalı minik avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunublar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Mövzular:
Quba qəza avtomobil

Digər Xəbərlər