Reklam resmi
Reklam resmi

25 yaşlı gənc traktor aqreqatının altında qaldı

25 yaşlı gənc traktor aqreqatının altında qaldı
Hadisə

Ağdamda 25 yaşlı gənc traktorun aqreqatının altında qalaraq həyatını itirib.

Ajans.az xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.

H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (report)

Mövzular:
traktor gənc aqreqat

Digər Xəbərlər