Avarçəkənlərimiz 3 medal qazanıblar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə "Bahar Kuboku" beynəlxalq reqatası başa çatıb.
Ajans.az xəbər verir ki, Azərbaycan Komandası yarışda uğurlu çıxışı ilə yadda qalıb.
Bir nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. O, həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə ikinci yer tutub.
Mövzular: