"Xilasedici" Azərbaycan çempionu oldu
Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.
Ajans.az xəbər verir ki, final oyununda "Xilasedici" "Ordu" ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma "Xilasedici"nin qələbəsi ilə yekunlaşıb - 3:1.
Beləliklə, komanda ölkə çempionu adına sahib çıxıb.
Mövzular: