53 yaşlı kişi aptekdən OĞURLUQ ETDİ
Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərin birindən oğurluq edilib.
Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 53 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı onun müştəri qismində daxil olduğu aptekdən satıcının başının qarışıq olmasından istifadə edərək mobil telefonu oğurladığı məlum olub.
Araşdırma davam etdirilir.
Mövzular: