Reklam resmi
Reklam resmi

Kəmaləddin Heydərova iki yeni müavin təyin olundu

Kəmaləddin Heydərova iki yeni müavin təyin olundu
Cəmiyyət

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

Ajans.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Belə ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Mövzular:
Fövqəladə hallar naziri Müavin Təyinat Kəmaləddin Heydərov

Digər Xəbərlər