Tanınmış jurnalistə yüksək vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub.
Ajans.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi Elnur Hidayətoğluya həvalə olunub.
Qeyd edək ki, Elnur Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyirdi.Bildirək ki, bir neçə gün əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova tutduğu vəzifədən azad edilib. (oxu.az)
Mövzular: