Reklam resmi
Reklam resmi

Bu kafenin fəaliyyəti MƏHDUDLAŞDIRILIB

Bu kafenin fəaliyyəti MƏHDUDLAŞDIRILIB
Hadisə

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən “Fırınçı” kafesində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Ajans.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, kafe fiziki şəxs Firudunov Seyid Allahverdi oğluna məxsus olub.

Belə ki, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər tələblərin pozulduğu aşkarlanıb.

Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Mövzular:
Qida Təhlükəsizliyi Agentliyi Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May “Fırınçı” kafesi

Digər Xəbərlər