Reklam resmi
Reklam resmi

Bibiheybətdə torpaq sürüşməsi təhlükəsi – Hərəkət məhdudlaşdırıldı

Bibiheybətdə torpaq sürüşməsi təhlükəsi – Hərəkət məhdudlaşdırıldı
Gündəm

Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranmışdır.

Ajans.az xəbər verir ki, bununla bağlı AAYDA, FHN və DİN birgə məlumat yayıb. Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılmışdır. 

Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.

Mövzular:
Bibiheybət

Digər Xəbərlər