Reklam resmi
Reklam resmi

FHN sakinləri subasma zonalarından TƏXLİYƏ EDİR

FHN sakinləri subasma zonalarından TƏXLİYƏ EDİR
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Ajans.az  xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
Fövqəladə Hallar Nazirliyi Keşlə qəsəbəsi Subasma

Digər Xəbərlər