Reklam resmi
Reklam resmi

Toğanalı-Kəlbəcər-istisu yoldunda QAR UÇQUNU

Toğanalı-Kəlbəcər-istisu yoldunda QAR UÇQUNU
Gündəm

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu baş verib, hərəkət məhdudlaşdırılıb.

Ajans.az xəbər verir ki, bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınmışdır.

Nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülmüşdür. Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılmışdır. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdır.

Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
yollar qar

Digər Xəbərlər