Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
Aprelin 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng və 21 ədəd patron aşkar edərək götürüblər.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Mövzular: