Reklam resmi
Reklam resmi

Vaqif Cavadova yeni VƏZİFƏ VERİLDİ

Vaqif Cavadova yeni VƏZİFƏ VERİLDİ
İdman

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

Ajans.az  xəbər verir ki, qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov "Sumqayıt"da və qısa müddət Qazaxıstanın "Turan" klubunda fəaliyyət göstərib. Məşqçiliyə "Sumqayıt"ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra "Sumqayıt-2"də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında "Sumqayıt"ın əsas komandasının baş məşqçisi olub.

Mövzular:
Azərbaycan milli komandası 20 yaşadək futbolçular Vaqif Cavadov

Digər Xəbərlər